20.10.2015 / 17:53 xeber –
Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nizami rayonu, Qara Qarayev prospekti 2 ünvanındakı çoxmənzilli binada yaşayan 1957-ci il təvəllüdlü Kərimova Nübar Mirələkbər qızı özünü asıb. Təqaüdçü qadın yaşadığı mənzilin hamam otağından keçən qaz borusundan özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
mənbə :
lent.az