İçeriğe geçmek için "Enter"a basın

Toyundan iki gün əvvəl itkin düşən Qəbələ sakini "Əhmədli"də tapıldı, amma...- TƏFƏRRÜAT

20-10-2015


20.10.2015 / 17:28 xeber –

Müəmmalı şəkildə itkin düşən Qəbələ rayon sakininin sağ olduğu məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini, 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb. Atası Əhməd Hətəmov APA-nın yerli bürosuna bildirib ki, Ramil Hətəmov bankomatdan pul götürmək və xarab olan mobil telefonunu düzəltdirmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. İyirmi gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tapılması üçün axtarış tədbirləri görülsə də, hələ ki, bir nəticə əldə edilməyib.

mənbə :
lent.az

Toyundan iki gün evvel itkin düşen Qebele sakini Əhmedlide tapıldı, amma…- TƏFƏRRÜAT