İçeriğe geçmek için "Enter"a basın

Namiq Qaraçuxurlunun "Bal ayı" planları

20-10-2015

16:50 xeber – Meyaxanaçı Namiq Qaraçuxurlu dəbdəbəli toyundan sonra gələcək planları haqqında danışıb.

ANS PRESS-ə açıqlama verən “təzə bəy” “bal ayı” haqqında da danışıb. Namiq Qaraçuxurlu bildirib ki, toyu ürəyincə olub. Çağırdığı qonaqlardan bəziləri gəlməyib ,o da ki üzrlü səbəblərə görə. Meyxanaçı toya dəvət etmədiyi qonaqların da gəldiyini və böyük məmnuniyyətlə onları qarşıladığını bildirib. Meyxanaçı “bal ay”ına hələ çıxmadığını bildirib:

“Hal hazırda Bakıdayam, 2 gündən sonra işlə əlaqədər 3 gün olmayacam Bakıda. Qayıdandan sonra isə “Bal ayı”na çıxacam. Hələ bilmirəm dəqiq hara gedəcəm, amma bir neçə ölkəyə səyahət edəcəyimi nəzərdə tutmuşam” deyə Namiq Qaraçuxurlu bildirb.


Namiq Qaraçuxurlunun toyundan fotolar

Meyxanaçı Namiq Qaraçuxurlu 12 oktyabr-da subaylığın daşını atıb. Paytaxtımızın şadlıq saraylarının birində keçirilən bu məclis sırf kişilər üçün nəzərdə tutulub.Toyun tamadası Nəsib Nur olub, məclisin musiqili hissəsi isə Abbas Bağırov idarə edib. Bəyin xahişi ilə toyda kənar videoçəklişlər aparılmayıb və dəvət olunan media nümayəndələri yalnız qonaq kimi iştirak edib.

Həmçinin oxuyun: Namiq Qaraçuxurlunun milyonluq toyu (FOTO)

mənbə :
anspress

Namiq Qaraçuxurlunun “Bal ayı” planları