16:37 xeber – “Keçmiş MT naziri Eldar Mahmudovun əmisi oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.
Bunu ANS PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.
Bir sıra Kütləvi İnformasiya vasitələri (KİV) Prezident İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamasından sonra bu gün sabiq nazirin əmisi oğlu İlqar Mahmudovun da vəzifəsindən azad edildiyi barədə xəbərlər yayıblar.
Səbail Rayon Polis İdarəsindən isə məsələ ilə bağlı heç bir açıqlama verilmədi.
İlqar Mahmudov-Eldar Mahmudovun əmisi oğlu
mənbə :
anspress