İçeriğe geçmek için "Enter"a basın

Prezidentdən MTN-ə yeni təyinat

20-10-2015

15:43 xeber – Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

M.Q.Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram: Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin”.

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçən Mədət Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.

1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. İki övladı var.

Bu gün Prezidentin imzaladığı digər fərmanla isə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilməsi qərara alınıb.

Bu günkü fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 144, № 9, maddə 677; 2005, № 6, maddə 480, № 10, maddə 910; 2006, № 12, maddə 1055; 2007, № 11, maddələr 1106, 1117; 2008, № 3, maddə 177; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 4, maddə 294; 2011, № 2, maddələr 81, 85; № 6, maddə 494; 2012, № 11, maddələr 1108, 1109; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilsin.

mənbə :
anspress

Prezidentden MTN-e yeni teyinat