İçeriğe geçmek için "Enter"a basın

Eldar Əzizov: “Bəzi insanlar hədlərini keçib”

20-10-2015


20.10.2015 / 15:40 xeber –

Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail  rayonunda keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunub. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, yığıncaqda çıxış edənlər cənab prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsini halların toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəklənib. Qeyd olunub ki, son günlərdə Milli Təhlükəsizlik Nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi  onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən  və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyət onu göstərib ki, cənab prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır. Zala toplaşanlara müraciət edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirib ki, bu gün əsas prinsip «…prezidentə sadiq olmaq və qudurmamaq» olmalıdır: “Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”. Natiq qeyd edib ki, ədəbi dildə «Qudurmaq» sözü insanlara şamil etmək olmasa da bu harınlamış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək. Həmçinin cavabdeh şəxslərin məsuliyyət məəsələsinə toxunan icra başçısı onlara daha  məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib. Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək. Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətlə cənab prezidentin tapşırıq və tövsiyələri barədə məlumat verib.

 

 

 

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

 

mənbə :
lent.az

Eldar Əzizov: “Bezi insanlar hedlerini keçib”