20.10.2015 / 15:14 xeber –
2015-ci il iyunun 1-dən oktyabrın 1-dək 52 min nəfər nikahdan əvvəl tibbi müayinəyə cəlb edilib.
Lent.az-ın məlumatına görə, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Z. Əlimirzəyevanın sözlərinə görə, müayinədən keçənlərin 3730 nəfərində talassemiya daşıyıcılığı, 137 nəfərdə sifilis, 34 nəfərdə isə QİÇS aşkarlanıb.
Z.Əlimirzəyeva bildirib ki, müayinələrin keçirilməsində əsas məqsəd evliliklərdə xəstə uşaqların, əsasən talassemiyalı uşaqların doğumunun qarşısını almaqdır : “İrsi qan xəstəliklərinin daşıyıcıları praktik olaraq tam sağlam insan hesab olunurlar. Lakin ailə quran cütlüklərdən hər ikisi talassemiya daşıyıcı olarsa, bu zaman dünyaya gələn uşaq yüzdə 50 daşıyıcı olur. Əgər həmin şəxslər ailə qurarsa, hamiləliyin 12-18-ci həftəliyində ciftdən analiz götürüb uşağın xəstə və ya sağlam olması müəyyən edilir. Xəstə uşaqdırsa, doğumu məsləhət görülmür”.
Xatırladaq ki, bu il iyunun 1-dən etibarən ailə qurmaq istəyən cütlüklər nikahlarını rəsmiləşdirmək üçün tibbi müayinədən keçirlər.
mənbə :
lent.az