İçeriğe geçmek için "Enter"a basın

Qarabağla bağlı bədbin proqnoz

20-10-2015

13:00 xeber – Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsa belə, heç bir nəticə əldə olunmayacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

Metyu Brayza bildirib ki, görüşlərdə nəticələrin əldə olunmamasının səbəbi tərəflərin bir-birinə etibarının olmamasıdır.

“Buna görə də görüşlər he, bir nəticə vermir. Ancaq tərəflər arasında etibar mütləq yaranmalıdır. Bu isə öz-özlüyündə mürəkkəb və uzunmüddətli prosesdir”, – deyə Brayza bildirib.


Metyu Brayza – ABŞ-ın Azərbaycandakı sabiq səfiri

Metyu Brayza ATƏT -in Minsk qrupuna daxil olan ölkənin mümayəndəsidir. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb.

İndiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ münaqişəni həll etməyə çalışırlar. Amma hələ ki, nəzərəçarpan heç bir nəticə yoxdur.

Müvəffəqiyyətsiz sülh danışıqları fonunda ABŞ rəsmisindən belə bir açıqlamanın gəlməsinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sabiq səfirin fikrinə ortaq olduğunu bildirdi. Elxan Şahinoğlunun fikrincə, nəticəsiz görüşlərin keçirilməsi yalnız Ermənistan tərəfinin xeyrinədir.

“Çünki nəticəsiz görüşlər münaqişənin həllini daha da uzadır. Azərbaycan tərəfi isə hazırda birinci məlhələdə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasını istəyir. Ermənistan bununla razı olmasa da, beynəlxalq aləm heç bir təsir göstərmir. Belə olan halda prezidentlərin görüşlərinin heç bir əhəmiyyəti yoxdur.”

Elxan Şahinoğlu Azərbaycan tərəfinin öz hərbi gücünü artırmaqla nəzarəti öz əlinə keçirirməli olduğunu bildirdi: “Artıq bizim hərbi strategiyamiz da dəyişib.Prezident İlham Əliyev də qeyd edib ki, qarşı tərəfin Dağlıq Qarabağ ətrafındakı postlarına zərbə endiriləcək. Artıq təziq variantlarımızı dəyişmişik.”

Çünki masa arxasındakı danışıqların bir nəticəsi yoxdur. İrəliləyişin olması üçün ATƏT-in Minsk qrupunun üzvüləri, xüsusilə Rusiya Ermənistana təsirlərini artırmalıdır. Amma bu ölkələrin Ermənistana təsir etmək fikri yoxdur. Ona görə də lazımı addımları özümüz atmalıyıq.”

Elxan Şahinoğlunun sözlərinə görə, prezidentlərinin görüşü üçün zəmin yaranmalıdır. Amma hələ ki ortada heç bir yeni şərt və təklif yoxdur.


Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Bir müddət əvvəl prezidentlərin görüşünün BMT-nin sammitində baş tutacağı bildirilsə də amma baş tutmadı. Xarici İşlər nazirləri görüşsə də heç bir nəticəsi olmadı. Regionda yeni yaranan münaqişələr-Ukrayna və Suriya böhranları Qarabağ problemindən dünya birliyinin fikirlərini daha da uzaqlaşdırır. Azərbaycan tərəfi isə Qarabağ münaqişəsinin ədalətli həllini xarici siyasətinin əsas proritetinə çevirib.

Bütün bunlara baxmayaraq, Avropa və ABŞ-ın Suriya və Ukrayna münaqişəsinə göstərdiyi münasibəti Qarabağ probleminin timsalında görünmür. Bu münaqişələrlə bağlı konkret addımlar atılsa da Qarabağla bağlı yalnız icra olunmayan sənədlər qəbul edilir. Amma Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa və ABŞ bu ölkəyə qarşı sərt sanksiyalar qəbul etdi. Münaqişənin həlli üçün konfranslar təşkil edilir.

Amma Dağlıq Qarabağ ilə bağlı 20 ildən çoxdur ki, qəbul edilən qətnamələr icra olunmur. Azərbaycan torpaqlarının qeyri-şərtsiz boşaldılması barədə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının dörd qətnaməsi var. İki cənubi Qafqaz ölkəsinin arasında yaşanan gərginliyin səbəbi Ermənistanın Azərbaycan ərazilərininə iddia etməsidir. Erəmənistan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonu 1991-1994-cü illər arasında işğal edib.


Dağlıq Qarabağ və işğal dedilən yeddi rayon (qara xətlərlə işarələnib)

Bütün bunlara baxmayaraq, Qərb rəsmiləri özləri də Azərbaycanın Ermənistanla müqayisədə daha çox inkişaf etdiyini etiraf edir. Sabiq səfir Metyu Brayza Azərbaycanın iqtisadi vəziyyəti ilə məsələlərə də münasibət bildirib: “Azərbaycan neftin qiymətinin düşməsindən səmərəli istifadə etməlidir. Ölkə iqtisadiyyatında islahatların keçirilməsi ölkənin maliyyə gəlirlərinin möhkəmləndirilməsinə səbəb ola bilər. Azərbaycan insanların həyat səviyyəsinin yaxşı olduğu ölkələrdəndir”, – deyə sabiq səfir vurğulayıb.

mənbə :
anspress

Qarabağla bağlı bedbin proqnoz