İçeriğe geçmek için "Enter"a basın

Gələn ilin büdcəsi qəbul olundu

20-10-2015


20.10.2015 / 12:52 xeber –

Milli Məclis bu gün keçirilən plenar iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib.

“APA-Economomics”in məlumatına görə, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub.

 

S. Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək".

 

Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

 

mənbə :
lent.az

Gelen ilin büdcesi qebul olundu