İçeriğe geçmek için "Enter"a basın

"Topçular" "Pivəçilərlə" üz-üzə gələcək

20-10-2015

11:33 xeber – Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “F” qrupunda yer alan “Arsenal” klubu öz meydanında Münhenin “Bayern” klubu ilə qarşılaşacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə oyun “Emireyts” stadionunda baş tutacaq.

“Arsenal” klubu qrup mərhələsi çərçivəsində 2 oyun keçirib və hər iki oyunda məğlub olaraq ( “Dinamo” Zaqreb : “Arsenal” (2:1), “Arsenal” : “Olimpiakos” (2:3) ), hal hazırda “F” qrupunun 4-cü yerində qərarlaşıb. Futbol üzrə İngiltərə Premyer liqasında isə “topçuların” işinin yaxşı getdiyini desək yanılmarıq.

Premyer liqada keçirdiyi son 3 oyunda qələbə qazanan “topçular” bu 3 oyuna ümumilikdə rəqib qapısına 11 dəfə yol tapıbsa, 5 dəfə isə topu öz qapısından çıxartmalı olub.

London klubu Premyer liqada keçirdiyi 9 oyunda 6 dəfə qələbə qazanıb, 2 dəfə isə məğlub olub, 1 oyun heç-heçə ilə nəticələnib. Beləliklə, “Arsenal” klubu 19 xalla Premyer liqanın turnir cədvəlinin 2-ci yerində qərarlaşıb.


İngiltərə Premyer liqasının turnir cədvəli

Münhenlilərə gəlincə, “F” qrupunda keçirdiyi 2 oyunun hamısında qələbə qazanan “Bayern” klubu ( “Olimpiakos” : “Bayern” (0:3), “Bayern” : “Dinamo” Zaqreb (5:0) ) 6 xalla turnir cədvəlinə başçılıq edir. Bundesliqada da “Bayern”in işi “yağ kimi” gedir.

Belə deməyə isə “alman maşınının” Bundesliqada keçirdiyi 9 oyunun hamısında qələbə qazanması əsas verir. “Pivəçilər” Bundesliqada keçirdiyi son 3 oyunda isə rəqiblərinin qapısından nə az, nə az çox düz 9 qol keçirib və “Bavariya” klubu 27 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.


Bundesliqanın turnir cədvəli

Zədəlilərə gəlincə, “Arsenal” klubunda : Tomaş Rositski, Cek Uilşır, Denni Uelbek, “Bayern” klubunda isə: Holger Badştuber, Mehdi Benatiya, Arturo Vidal, Mario Götse, Frank Riberi və Aryen Robbem komandalarına köçək edə bilməyəcək.

Türkiyəli hakimlər briqadası tərəfindən idarə olunacaq “Arsenal” – “Bayern” matçı Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.


“Bayern” klubu


“Arsenal” klubu

mənbə :
anspress

“Topçular” “Piveçilerle” üz-üze gelecek