İçeriğe geçmek için "Enter"a basın

Dünyaca məşhur aktrisa küçəni təmizlədi - FOTO

20-10-2015

11:20 xeber – Dünyaca məşhur ulduz Kameron Diaz küçədə zibil yığarkən paparazzilərin kameralarına tuş gəlib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ulduzun Hollivud küçələrində zibil toplaya biləcəyi elə paparazzilər üçün də gözlənilməz olub. Mağazadan ərzaq alaraq çıxan Diaz küçəyə atılmış zibillərə biganə qala bilməyib.

Yerə atılmış plastik stəkanı və kağız parçasını qaldıraraq zibil qutusuna atan ulduz bu hərəkəti ilə ətrafdakılara nümunə göstərib. Sonda fotokameraların onu çəkdiyini görən Hollivud ulduzu ənənəvi gülüşünü də paparazzilərdən gizlətməyib.


Kameron Diaz zibil yığarkən

Amerikalı kinoaktrisa və model Diaz həmçinin “Şrek” animasiya filminin seriyalarında “Şahzadə Fiona” rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş “Maska” filmində oynadığı rol onun ekranlarda ilk çıxışı olub.

Zooloq olmağı arzulayan Kameron aktrisa karyerası barədə heç düşünmürdü. Cim Kerri ilə çəkildiyi “Maska” (1994) filmində uğurlu debütündən sonra, Kameron Diaz Hollivudda məşhur olur.

Peşəkar model hal-hazırda aktrisa kimi kifayət qədər populyardır, bir çox filmlərə çəkilməklə yanaşı, cizgi və animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. Aktrisaya xüsusi populyarlıq gətirən son filmlər arasında “Dəyişik məzuniyyət” və “Bir dəfə Veqasda” filmlərinin adlarını çəkmək olar.

23 iyun 2009-cu ildə Hollivudun məşhur şöhrət xiyabanında aktrisanın adını daşıyan 2386 saylı ulduz qoyulub.


“Maska” filmi- Cim Kerri və Kameron Diaz

mənbə :
anspress

Dünyaca meşhur aktrisa küçeni temizledi – FOTO