İçeriğe geçmek için "Enter"a basın

Avtovağzaldakı istinad divarı vağzala doğru sürüşür - TƏHLÜKƏ

20-10-2015


20.10.2015 / 11:16 xeber –

Yağışların intensivləşdiyi zaman divar uça bilər

 

“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidir”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Lent.az-a açıqlamasında  bildirib.

Ələmdar Piriyev bildirib ki, Avtovağzal kompleksi ərazisində oturma, aşınma prosesi hələ də davam edir, gün keçdikcə çatlarda genişlənmə müşahidə olunur: “Hazırda həmin ərazidə bərpa işləri davam etdirilir. Ərazi nəzarətdədir”.

İstinad divarının çox ciddi təhlükə yaratdığını vurğulayan Ə. Piriyev bildirib ki, Avtovağzal kompleksinə doğru sürüşən divar uça bilər: “İstinad divarının sökülməsini təklif etmişik. Çünki yağışların intensivləşdiyi zaman divar uça, beton dağıla bilər. Çox ciddi fəsadlar yaşanmasın deyə divarın tez bir zamanda sökülməsi, yenidən bərpa olunması mütləqdir”.

 

mənbə :
lent.az

Avtovağzaldakı istinad divarı vağzala doğru sürüşür – TƏHLÜKƏ