20.10.2015 / 11:14 xeber –
Müğənni Lətifə Soyuöz “Pusula” adlı yeni mahnısını və fotosessiyasını təqdim edib. Lent.az-ın məlumatına görə, sənətçi bəstənin sözlərinin türkcə yazıldığını bildirib: “Uzun müddətdir bu mahnı üzərində çalışırdım. Nəhayət, işıq üzü gördü. “Pusula” kompas deməkdir. Əminəm ki, insanlar dinlədiyi zaman çox bəyənəcəklər. Bu mahnı insanları düşüncələri ilə uzaqlara aparacaq”.
mənbə :
lent.az