İçeriğe geçmek için "Enter"a basın

"İlqar Mahmudov işinin başındadır" - YENİLƏNİB

20-10-2015


20.10.2015 / 10:53 xeber –

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Lent.az-ın trend-ə isatinadən xəbərinə görə, bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ. Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

 

***

 

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib. Lent.az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İ. Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

 

mənbə :
lent.az

İlqar Mahmudov işinin başındadır – YENİLƏNİB