İçeriğe geçmek için "Enter"a basın

Ruslar yenə mülki əhalini vurdu: çox sayda ölən var

20-10-2015

07:49 xeber – Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyanın liman şəhəri Lazqiyyənin şərqində olan Bişurfa kəndində çox sayda mülki əhalinin ölümü ilə nəticələnən hücum törədib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, əsasən müxaliflərin məskunlaşdığı Cəbəl əl Əkraq dağındakı Bişurfa kəndində həyatakeçirilən bombardıman zamanı 42 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücum nəticəsində xəsarət alanlar səyyar səhra xəstəxanalarına çatdırılıb, mülki müdafiə dəstələri bombardımanda uçan evlərin dağıntılarından sağqalmış insan axtarır.

Hadisənin şahidi olmuş Firas Xafavi rus qırıcılarının ilk bombardımandan sonra yaralılara kömkəlik edən mülki insanların üzərinə yenidən bomba yağdırdığını bildirib. Xafavi əsas itkinin ikinci hücumda baş verdiyini deyib:

“Rusiya qırıcıları Bişurfa kəndində mülki əhalini vurdu. Ruslar bölgəyə iki dəfə havadan hücum edib. İlk hücum zamanı ölənlər və yaralananlar oldu. Amma əsas hücum köməyə gələn mülki insanlara qarşı törədilən ikinci hücum oldu. İnsan tələfatı da bu zaman çoxaldı.” – deyə hadisənin şahidi qeyd edib.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.

Başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri Putinin bu addımını etirazla qarşılayıb.

mənbə :
anspress

Ruslar yene mülki ehalini vurdu: çox sayda ölen var