İçeriğe geçmek için "Enter"a basın

"Suriya Kürdüstanı" Rusiyada nümayəndəlik açır

20-10-2015


20.10.2015 / 05:49 xeber –

Rusiyada “”Suriya Kürdüstanı”nın rəsmi nümayəndəliyi açıla bilər.

 

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya  xarici işlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.

 

Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya xarici işlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.

 

Öz növbəsində, türk diplomatik mənbələrindən “Kommersant”-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.

mənbə :
lent.az

"Suriya Kürdüstanı" Rusiyada nümayendelik açır