İçeriğe geçmek için "Enter"a basın

Davudolu ilə Merkel erməni məsələsində razılığa gələ bilmədi

20-10-2015

04:35 xeber – Bazar günü İstanbulda görüşən Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Almaniya kansleri Anqela Merkel qondarma erməni soyqırımı məsələsini və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Doğu Perincək barədə verdiyi qərarı da müzakirə ediblər. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, kompromis şəraitində keçən görüşdə, tərəflər erməni məsələsində razılığa gələ bilməyiblər. Türkiyə Baş Nazirlik mənbələrinin yaydığı xəbərə görə, Davudoğlu ötən aprel ayında qondarma soyqırımı barədə qanun layihəsi Bundestaqda müzakirəyə çıxarılarkən bir çox dəfə həmkarı Merkelə zəng vurduğunu deyib.

Açıqlamada, Doğu Perincekin erməni “soyqırımını” inkar edən sözləri səbəbindən mühakimə olunmasının, “söz azadlığı”nın pozulması kimi dəyərləndirən AİHM-in bu qərarının təhrif olunaraq önə çıxarılmasına diqqət çəkilib.

“Hesab edirəm ki, AİHM-nin son qərarı da nəzərə alındıqda, Avropada bu mövzuda olan mübahisələr daha akademik səviyyədə cərəyan etməlidir.” – deyə Əhməd Davudoğlu bildirib.

Arxivlərdən də istifadə olunaraq bu gün mütəxəssis tarixçilərdən ibarət “tarix komissiyası” yaradılmasının Türkiyə üçün atılması vacib olan bir addım olduğunu deyən baş nazir Davudoğlu qarşı tərəfin də bu istiqamətdəki bütün təşəbbüslərinə dəstək verəcəklərini açıqlayıb.

Davudoğlu həmçinin, Türkiyə ilə Ermənistan arasında, türklərlə ermənilər arasında tarixi uzlaşmanın baş tutması üçün fəaliyyət göstərəcək müştərək “tarix komissiyası” mövzusunda hər cür əməkdaşlığa hazır olduqlarını da deyib.

Almaniya federativ hökumətinin internet saytında görüş barədə yazılan məlumatda, alman tarixçilərin də olacağı komissiyada iştirak etmək və dəstək vermək məsələsində Merkelin prinsipial mövqeyini bir daha ifadə etmək istədiyini deyən Davudoğlu I Dünya müharibəsi vaxtı Türkiyə ilə Almaniyanın birlikdə hərəkət etdiyini xatırladıb.

İngiltərədə nəşr olunan “Financial Times” qəzeti mövzu barədə yaydığı xəbərdə Anqela Merkelin “yaşıl işıq yandırmadığı” iki məsələdən birinin erməni “soyqırımı” mövzusu olduğunu yazıb.

Xəbərdə, osmanlı ermənilərinə qarşı həyata keçirilən “soyqırımı” məsələsində Avropa İttifaqının mövqeyində dəyişiklik tələbinə qarşılıq Merkeldən müsbət bir cavab alınmadığı bildirilir.

mənbə :
anspress

Davudolu ile Merkel ermeni meselesinde razılığa gele bilmedi