03:18 xeber – Suriyada rejim əsgərlərinə dəstək verən İran İslam respublikasının yüksək rütbəli zabitlərindən biri öldürülüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İran iqilabı keşikçiləri korpusu “İmam Hüseyn” briqadasının komandirlərindən olan polkovnik Müslim Xizabın Suriyanın paytaxtı Dəməşqdə öldürüldüyü bildirilir.
Polkovnik Müslim Xizabın dəfn mərasimi
İran inqilabı keşikçilərinə aid “defapress.ir” saytı polkovnik Xizabın Suriyada hərbi məsləhətçi olduğunu bildirir. Polkovnikin nə vaxt və hansı şəraitdə öldürüldüyü bildirilməsə də, cənazəsinin İrana aparıldığı və İsfahan şəhərində dəfn olunduğu qeyd edilib.
Polkovnik Müslim Xizab
Son günlər Suriyada böyük itkilər verən İran, bu günə qədər 8 generalını və çox sayda yüksək rütbəli zabitini bu ölkədə itirib.
mənbə :
anspress