İçeriğe geçmek için "Enter"a basın

Bakıda yollara xüsusi hərəkət zolaqları çəkiləcək

20-10-2015

02:48 xeber – Yollarda aparılan araşdırmalar bəzi qurumları müəyyən addımlar atmağa məcbur edir. Bu dəfə Bakıda xüsusi hərəkət zolaqlarının çəkiləcəyi gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Artıq hansı yollarda bu zolaqların olacağı da bəllidir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, yaxın günlərdə paytaxın bəzi yollarında sərnişin avtobusları və operativ nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları çəkiləcək. İlk olaraq işlərə Bibiheybət məscidindən başlayaraq üzü Bakı Su İdman sarayı istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfində start veriləcək.

Bütün bu işlər Bakı Şəhər İcra Hakimiyyəti və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılacaq.

Xüsusi hərəkət zolaqları əsasən üç və daha artıq hərəkət hissəsi olan yollara çəkiləcək. Sözügedən zolaqlarda yalnız sərnişin avtobusu və operativ nəqliyyat vasitələri hərəkət edə biləcək.

Bura digər minik avtomobillərinin daxil olmasına icazə verilməyəcək.

Bununla da sərnişin avtobusu və operativ nəqliyyat vasitələri tez və rahat bir şəkildə mənzil başına, yəni müəyyən edilmiş ünvana çatmış olacaq.

Bu işlərin həyata keçirilməsi üçün ilkin olaraq 6 avtomobil yolu seçilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflini dediyinə görə, sınaq məqsədil ilk olaraq pataxtın dörd küçə və prospektindən xüsusi zolaq çəkiləcək. Zolaqlar əsasən yolun hərəkət hissəsinin sağ tərəfində olacaq:

“Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adıçəkilən yollardan 4-də işlər həyata keçiriləcək”.

Bundan başqa qurum rəsmisi onu da əlavə etdi ki, əgər atılan bu addımlar uğurlu nəticə verərsə, digər küçə və prospektlərdə xüsusi zolaqları görmək mümkün olacaq.

Ümumilikdə isə paytaxtın 50-yə yaxın küçə və prospektlərində bu cür yenilik edilməsi gözlənilir.

Artıq bunun üçün təkliflər də hazırlanıb.

mənbə :
anspress

Bakıda yollara xüsusi hereket zolaqları çekilecek