İçeriğe geçmek için "Enter"a basın

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi

20-10-2015

mtnzabitleriMilli Təhlükəsizlik Nazirliyinin zabitləri həbs ediliblər.

Azadliq.az criminal.az istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Səbail rayon Məhkəməsində nazirliyin saxlanılan bir neçə əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onlar arasında yüksək rütbəli zabitlər də var.

MTN əməkdaşları bir neçə maşında məhkəməyə gətiriliblər. Onların barəsində hissə-hissə həbs qərarı verilir. Əməkdaşların sayı 10-dan artıqdır.

Həbs olunan zabitlər Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilirlər.

Nazirlik əməkdaşları ilə bağlı Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində istintaq qrupunun rəhbəri həmin idarənin rəis müavini Əli Nağıyevdir.

Qeyd edək ki, oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra nazirliyin bir neçə əməkdaşı saxlanılıb.

MTN zabitləri haqda həbs qətimkan tədbiri seçildi