21:17 xeber – Bir neçə gün əvvəl Bolqarıstan mətbuatına açıqlama verən Georgi Nikolov Bakını tərk edə bilmədiyini demişdi.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “İnter”in prezidenti buna səbəb kimi “Beynəlхalq Bank işi”ndə şahid kimi dindirilməsini göstərmişdi.
Nikolov bu səbəbdən Azərbaycanı tərk edə bilmədiyini bildirib. Hətta buna görə Bolqarıstan hökumətindən kömək də istəyib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Nikolov “Beynəlхalq Bank işi”ndə təkcə şahid kimi dindirilməyib.
Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, bolqar prezidentin adına bankdan kretid götürülüb və geri qaytarılmayıb.Mənbə kreditin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, Beynəlхalq Bank Nikolovun adına 5 milyon manat kredit verib. Bu pulun “İnter”in prezidenti tərəfindən хərclənməsi və ya başqa adamlara verilməsi məlum deyil. Məlum olan odu ki, bu günə qədər nə kreditin əsas məbləği, nə də faizləri ödənilib.
Georgi Nikolov
Mətbuatda Nikolovun Bakıda restoran və bina tikdirməsi barədə məlumatlar yayılıb.Onu da qeyd edək ki, Beynəlхalq Bankın sabiq prezidenti Cahangir Hacıyev həm də “İnter”in sahibi və fəхri prezidentidi. Dünən onun həbs olunması ilə bağlı хəbərlər yayılmışdı.
mənbə :
anspress