İçeriğe geçmek için "Enter"a basın

Gənc istedadlar özlərini sınayacaq - Şeir müsabiqəsi

19-10-2015


19.10.2015 / 15:26 xeber –

C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inlkişafına yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu. Böyük dramaturq C.Cabbarlının zəngin bədii irsinin öyrənilməsi” layihəsi çərçivəsində şeir müsabiqəsi keçirəcək.

 

Lent.az-ın məlumatına görə, müsabiqə mövzuya uyğun olaraq əsasən gənclər və məktəblilər aradında maariflənmənin inkişaf etdirilməsi, şagirdlərin ədəbiyyata, bədii qiraətə marağının artırılması məqsədini daşıyır. Bununla bağlı keçirilən şeir müsabiqəsində Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi C.Cabbarlının yaradıcılığına müraciət edilmişdir. Müsabiqədə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və Nizami rayonu Uşaq və Gənclər Mədəniyyət Mərkəzinin gənc istedadları özlərini sınayacaqlar.

Tədbir oktyabrın 23-də Cəfər Cabbarlının Ev Muzeyində təşkil olunacaq.

 

mənbə :
lent.az

Genc istedadlar özlerini sınayacaq – Şeir müsabiqesi