İçeriğe geçmek için "Enter"a basın

MTN-in daha iki generalı dustaq edildi

19-10-2015

15:00 xeber – Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha iki yüksək rütbəli generalı saxlanılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən informasiya verilib.

Məlumata görə, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib.

H.Əsədovla yanaşı MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərar verilib.

Məsələ ilə bağlı istər MTN, istər Daxili İşlər Nazirliyi istərsə də Baş Prokurorluqdan heç bir məlumat ala bilmədik. Onlar zənglərə cavab vermədilər.

Prezidenti İlham Əliyevin oktyabr ayının 17-də Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamasından sonra bəzi KİV-lər Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşlarının MTN-də birgə xüsusi əməliyyat həyata keçirdiyini, əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılması ilə bağlı xəbərlər yayıblar.


Eldar Mahmudov- Keçmiş milli təhlükəsizlik naziri

Saxlanılan şəxslərin hazırda elə MTN-in təcridxanasında olduğu, Monitorinq Mərkəzinin isə möhürləndiyi bildirilir.

Yayılan xəbərlər arasında Baş Prokurorluğun istintaq qrupunun MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başladığı, hətta baş prokurorun I müavini Rüstəm Usubovun və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslərin də araşdırmada şəxsən iştirak etdiyi bildirilir.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

Həmçinin oxuyun: Keçmiş MT naziri Eldar Mahmudovun yeri bəlli oldu
Eldar Mahmudov xarici kəşfiyyatla əlaqədə ittiham edilir

mənbə :
anspress

MTN-in daha iki generalı dustaq edildi