14:40 xeber – Prezident İlham Əliyev oktyabrın 19-da Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gürcüstan rəsmisi Giorgi Kvirikaşvili ilk rəsmi səfərini Azərbaycana edib.
İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili 2 ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. İlham Əliyev isə Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Giorgi Kvirikaşvili-Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri
Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb.
Baş nazirin müavini Giorgi Kvirikaşvili bu ilin sentyabrında xarici işlər naziri vəzifəsinə təyin edilib.
Giorgi Kvirikaşvili Bakı səfəri çərçivəsində baş nazir Artur Rasizadə ilə də görüşüb. Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil səfərə gəlmişdi. Səfər çərçivəsində baş nazir prezident İlham Əliyevlə görüşdü.
İrakli Qaribaşvili və İlham Əliyev arasında görüş
Gürcüstan mətbuatında yanılan məlumatlara görə, noyabrın 6-da İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.
Son zamanlar tez-tez baş tutan bu səfərlər Gürcüstanın digər dövlətlərdən qaz alması barədə məlumatlar yayıldıqdan sonra reallaşıb. Məlumdur ki, Gürcüstan Rusiya və İranla neft və qaz alışına dair müzakirələr aparır. Hazırda Gürcüstan tərəfi daha ucuz qiymətə qaz almağa can atır.
Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua İranla və energetika naziri Kaxa Kaladze isə Rusiya ilə qaz alışınma dair danışıqların aparıldığı barədə məlumat vermişdi. Amma bir müddət əvvəl İrakli Qaribaşvili Azərbaycan qazından imtian edilməsi barədə yayılan məlumatları təqzib edib.
Azərbaycanın Gürcüstandan keçən neft və qaz kəmərləri
mənbə :
anspress