İçeriğe geçmek için "Enter"a basın

Eldar Mahmudov xarici kəşfiyyatla əlaqədə ittiham edilir

19-10-2015

14:15 xeber – İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibət bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in virtualaz.org-a istinadın verdiyi məlumata görə, A.Məmmədov öz facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini, eyni zamanda ondakı məlumatları bölüşüb.

“Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb. Bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib” – deyə keçmiş səfir yazıb.


Arif Məmmədov- İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri

Sabiq səfirin sözlərinə görə, Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaradıb və bu münasibətlər çox dərindir: “Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”.

A.Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

Keçmiş diplomatın iddiasına görə, 2011-2012-ci illərdə Arif Məmmədovu həbs etmək istəyən zaman Eldar Mahmudov buna imkan verməyib.

“Buna görə ona minnətdaram” – deyə keçmiş səfir yazıb.

Səfir hesab edir ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğu üçün bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək.

Son olaraq A.Məmmədov maraqlı bir mülahizə irəli sürüb: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaq və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.

Prezidenti İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Prezidentin sərəncamından sonra bəzi KİV-lər Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşlarının MTN-də birgə xüsusi əməliyyat həyata keçirdiyini, məliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılması ilə bağlı xəbərlər yayıblar.

Həmçinin oxuyun: Keçmiş MTN naziri Eldar Mahmudovun yeri bəlli oldu

mənbə :
anspress

Eldar Mahmudov xarici keşfiyyatla elaqede ittiham edilir