19.10.2015 / 13:27 xeber –
Azərbaycanlı müğənni Kəmalə Qaramollayeva sosial şəbəkədə müzakirələrə səbəb olacaq status paylaşıb. Lent.az-ın məlumatına görə, “Azəri star” yarışmasının iştirakçısı olan ifaçı K.Qaramollayeva əməkdar artist Gülnar Salmanovanın şəklini “Facebook” səhifəsində paylaşaraq, bu sözləri yazıb: “İnciməyin, Azərbaycanda aktyor və rejissor olanın ağlı yoxdur. Xalq artisti Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, əməkdar artist Gülnar Salmanova və sair. Saynan bitməz. Görün bu insanlar nə gündədir. Nuriyyə Əhmədovanı dəfn etməyə heç ailəsinin maddi gücü çatmadı. Tarix boyu görmüşük ki, aktyorların hamısının sonu eyni cür acınacaqlı bitir. Aktyorluq çox çətin və cüzi qazancı olan bir sənətdir. Mənim onlara yazığım gəlir. Özünə hörmət edən insan Azərbaycanda aktyor olmaz. Gedin xırda bizneslə məşğul olun. İnanın ki, elə ən yaxşısı da odur. Gələcəyinizi düşünün, yazıqsız”.
mənbə :
lent.az