İçeriğe geçmek için "Enter"a basın

Ərli qadın Dima Bilana 1 gecə üçün yarım milyon verdi - FOTO

19-10-2015

12:30 xeber – Bu günlərdə məşhur müğənni Dima Bilan “İnstagram”dakı profilində erməni əsilli rusiyalı oliqarx Nikolay Sarkisovun həyat yoldaşı Yuliya Sarkisova ilə görüşlərini əks etdirən foto paylaşıb.

ANSPRESS-in məlumatına görə, Yuliya Sarkisova xəstə uşaqlara yardım məqsədilə təşkil edilmiş xeyriyyə auksionunun qalibi olduğu üçün Dima Bilanla bir gecə keçirmək şansı əldə edib. Yelena Perminovanın təşkilatçısı olduğu auksionda əsas iki namizəd sona qədər mübarizə aparırdı.

Bunlardan biri Yuliya Sarkisova, digəri isə Amerika vətəndaşı olan Yevgeniya idi. Sonda Yuliyanın qalibi olduğu auksiondan əldə edilən pullar epilepsiya xəstəliyindən əziyyən çəkən üç yaşlı Darinanın müalicəsinə köçürülüb.


Dima Bilan və Yuliya Sarkisova

Auksion qalibi Bilanla keçirdiyi gecəni unudulmaz etməyə çalışıb. Belə ki, onlar əvvəlcə bahalı restoranda şam ediblər, sonra isə Moskvanı gəziblər. Gəzintinin sonunda cütlük Böyük Teatrda “Yevgeniy Onegin” baletinə tamaşa ediblər.

Dima Bilan məhz tamaşa vaxtı çəkilən fotonu “İnstagram” səhifəsində paylaşaraq möhtəşəm gecəyə görə oliqarx xanımına təşəkkürünü bildirib. Milyarderin həyat yoldaşı Dima Bilanla 1 gecə görüş üçün təqribən 10 min manat pul verib.


Dima Bilan Yuliya Sarkisovla görüş zamanı

Dima Bilan və Yuliya Sarkisova illərin dostlarıdırlar. Oliqarxın xanımı bir neçə dəfə Dima Bilanın kliplərində çəkilib. Onlar həmçinin, Yevgeniy Plyuşenka və Yana Rudkovskayanın oğullarının xaç valideynləri sayılırlar.


Yuliya Sarkisova Dima Bilanın klip çəkilişində

mənbə :
anspress

Ərli qadın Dima Bilana 1 gece üçün yarım milyon verdi – FOTO