19.10.2015 / 11:55 xeber –
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin saxlanması barədə bəzi KİV-lərdə yayılan xəbərlər öz təsdiqini tapmır.
Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə görə, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və orada ifadə verib.
Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.
Xatırladaq ki, C.Hacıyev oktyabrın 17-də vəzifəsindən azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır.
mənbə :
lent.az