İçeriğe geçmek için "Enter"a basın

Avtobusa silahlı hücum, yaralılar var

19-10-2015

11:45 xeber – Yaxın Şərqdə növbəti qanlı cinayət aktı qeydə alınıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, naməlum silahlı şəxs avtobus dayanacağında İsrail vətəndaşlarına hücum edib. Hadisə Beer-Şeva şəhərində baş verib. Şəxsin açdığı atəş nəticəsində azı 9 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, polis silahlı şəxsi zərərsizləşdirməyə nail olub. Faktla bağlı istintaqa başlanılıb. İsrail polisi cinayətdə iki nəfərin iştirak etdiyini ehtimal edir. Digər şəxsin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Lakin onun da silahlı olduğu ehtimal edilir.


Hadisənin baş verdiyi şəhər – Beer-Şeva, İsrail

Zorakılıq aktı İsrail hökuməti bir sıra şəhərlərdə İsrail vətəndaşlığı olmayan ərəb işçilərinin məktəblərdə çalışmasına qarşı qadağa qoymasından sonra baş verib. Qadağa, eyni zamanda, paytaxt Təl-Əvivdə də tətbiq olunacaq.

Nazirlər kabineti, eyni zamanda, polisin səlahiyyətlərini artıran qanun layihəsi də qəbul edib. Artıq İsrail polisi şübhəli olub- olmamasından asılı olmayaraq küçədən keçən hər kəsin üzərində axtarış apara biləcək.


Hadisədə zamanı yaralananlar

Ölkənin baş naziri Benyamin Netanyahu isə əl-Əqsa məscidinə giriş qaydalarını dəyişdirmək niyyətində olmadığını deyib.


Benyamin Netanyahu – İsarailin baş naziri

“Bir heç nəyi dəyişmədik. Duaetmə qaydaları, ziyarətetmə qaydaları son 15 ildə dəyişməz olaraq qalır. Təkcə dəyişən şey odur ki, müsəlman qruplaşmalardan və Həmasdan maliyyə dəstəyi alan dəstə üzvlərininin ortaya çıxmasıdır. Onlar məscidə gələrək orada partlayıcı yerləşdirməyə çalışırlar”

Hazırda Yaxın Şərqdə gərginliyin artmasına səbəb İsrail hökumətinin əl-Əqsa məscidinə girişinə məhdudiyyət qoymasıdır. Buna qarşı çıxan fələstinlilər, demək olar ki, hər gün İsrail polisi ilə qarşıdurmalara girirlər. Növbəti qarşıdurmalardan biri Ramallah şəhərində olub. Polis ona daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələrlə müdaxilə edib.


Əl- Əqsa məscidində polislə qarşıdurma

mənbə :
anspress

Avtobusa silahlı hücum, yaralılar var