11:25 xeber – Türkiyə baş naziri və Almaniya kansleri Türkiyədə bir araya gəliblər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Əhməd Davudoğlu ilə Angela Merkelin görüşü Dolmabahçedəki baş nazirliyin iş ofisində baş tutub. Buraya gələn Merkelin Davudoğluya ilk sualı belə olub: “Atatürk həyatını buradamı itirib?”. Suala Davudoğlu: “Bəli, burada həyatını itirib, amma Dolmabahçe böyük məkandır, buranın başqa bir hissəsində, hal-hazırda olduğumuz məkan isə qonaqlar üçün təşkil olunan məkandır”, – deyə Türkiyənin baş naziri cavab verib. Görüş təxminən bir saat 15 dəqiqə davam edib.
Dolmabahçedə Əhməd Davudoğlunun Merkeli qəbul etməsi
İki nazirin müzakirə etdikləri əsas məsələ Suriya və miqrant məsələsi olub. Merkel ilə görüşmələrində, Xüsusilə Yaxın Şərqdəki inkişaf və Suriya probleminə toxunan Davudoğlu, belə danışdı:
“Suriya son beş il ərzində insani bir faciəyə çevrilib. Suriya problemi həll olunmasa, qaçqınlar problemi də həll oluna bilməz. Belə bir faciə olmasaydı, bu gün nə Türkiyə, nə Almaniya, nə də digər ölkələr miqrantlarla bu qədər problem yaşamazdı, eyni zamanda, milyonlarla qaçqınlar da ölməzdi. Biz hamımız Suriyada baş verən hadisələrə laeyd qalmamalı, bacardığımız qədər müdaxilə etməliyik”, – deyə Davudoğlu bildirib.
Son aylarda Avropada və dünya daxilində qaçqınlar mövzusunda ciddi bir həssaslığın meydana gəldiyinə diqqəti çəkən Türkiyənin baş naziri: “Bu mövzuda hörmətli Merkelin etdiyi liderliyi və onun rəftarını təqdir edirik. Çünki belə bir problem qarşısında o, gözməməzlikdən gəlmədi, qaçqınların problemlərinə biganə qalmadı. Avropada bir çox ölkə liderləri qaçqınların üzünə qapını bağladığı bir vaxtda, Merkel qaçqınları, hətta, öz evində yerləşdirməyə belə razı oldu”, – dedi.
İki baş nazirin məslələri müzakirə etmələri
Baş nazirlər qeyri-qanuni köçlə və carəsiz insanları istismar edənlərlə mübarizədə ortaq olduqlarını, hər cür iş birliklərini həyata keçirtməyə hzır olduqlarını vurğulayıblar. Türkiyə və Almaniya çiyin-çiyinə çalışaraq, köç qaynağının qarşısını almağa və Suriya problemlərini həll etməyə çalışacaqlarını da bildiriblər.
Nitqinin sonunda Əhməd Davudoğlu Merkələ minnətdarlığını bildirib: “Hörmətli Merkel, danışdığımız mövzulara anlayış göstərdiyiniz üçün sizə minnətdaram. Ümid edirəm ki, gələn ilin sonunadək “Geri qəbul razılaşması” və Şengen viza tətbiqinin həyata keçməsinə nail olarıq”.
Almaniya baş naziri Angela Merkel isə hər mövzuda Davudoğlu ilə həmfikir olduğunu vurğulayaraq, Türkiyə və Almaniya arasında İqtisadiyyat və Pul Siyasətinin inkişafına çalışacaqlarını deyib.
Müsahibənin ardından Davudoğlu və Merkel ofisin bağçasında və sahil hissəsində gəziblər. Baş nazir Davudoğlu Almaniyadakı qonağına İstanbul tarixindən də danışıb. Qeyr-rəsmi söhbətdə Merkel yol ilə gələrkən bir qəza səbəbindən bir müddət yolda qaldığını və yolda çox yerdə Davudoğlunun şəkillərindən ibarət lövhə gördüyünü deyib. Davudoğlu da bunun seçki ilə bağlı olmasını izah edib.
Əhməd Davudoğlunun Merkelə İstanbul haqqında danışması
Daha sonra Davudoğlu və Merkel ikitərəfli görüşün ardından heyətlər arası iş yeməyinə keçiblər.
mənbə :
anspress