İçeriğe geçmek için "Enter"a basın

Mxitaryan Bakıya gəlməyəcək - "Borussiya"dan açıqlama

19-10-2015


19.10.2015 / 11:08 xeber –

Avropa Liqasının qrup mərhələsində  "Qəbələ"nin qonağı olacaq Dortmund “Borussiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, bu barədə klubun icraçı direktoru Xans-Yoaxim Vatske açıqlama verib.

Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq: “Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü rahat hiss etməyəcəksə, təbii ki, bunu nəzərə almalıyıq”.

Qeyd edək ki, "Qəbələ" – "Borussiya" (Dortmund) matçı oktyabrın 22-də keçiriləcək.

mənbə :
lent.az

Mxitaryan Bakıya gelmeyecek – "Borussiya"dan açıqlama