İçeriğe geçmek için "Enter"a basın

Maykl Cekson filmin baş qəhrəmanı oldu

19-10-2015

10:45 xeber – ABŞ-da Maykl Ceksonun həyatının son günlərini əks etdirən film çəkiləcək.

ANSPRESS-in məlumatına görə, məşhur “Warner Bros” şirkəti pop-kralın ömrünün sonuncu günlərindən bəhs ediləcək serial çəkməyi planlaşdırır. Serial Trevis Smaylinin “Məni mühakimə etməzdən öncə: Maykl Ceksonun sonuncu günlərinin triumfu və faciəsi” kitabı əsasında ekranlaşdırılacaq. Serialda Ceksonun ömrünün son 16 həftəsindən bəhs ediləcək.


Maykl Cekson-müğənni

Kitabın müəllifi əsərdə müğənninin paparazzilərlə mübarizəsindən, azadlıq və şəxsi həyatı uğrunda çəkdiyi əziyyətlərdən, qazandığı şöhrətin onu çətin vəziyyətə salmasından bəhs edir.

Maykl Cekson 2009-cu ilin 25 iyununda dünyasını dəyişib. Ölüm səbəbi kimi dərmanlardan, xüsusilə “Propofol”dan qədərindən artıq istifadəsi göstərilib. Bununla belə, altı ildən artıqdır ki, pop-kralın fanatları kumirlərinin ölümü ilə barışmaq istəmir, onu əllərindən alan səbəbin başqa ola biləcəyini düşünürlər.

mənbə :
anspress

Maykl Cekson filmin baş qehremanı oldu