İçeriğe geçmek için "Enter"a basın

İlhamə Quliyeva: "Öləndən sonra hamı mənə rəhmət oxusun" - VİDEO

19-10-2015


19.10.2015 / 10:17 xeber –

“İstəyirəm ki, mən bu həyatdan şərəflə gedim. Ölüm gözlə-qaş arasındadır. Arzulayıram ki, öləndən sonra hamı mənə rəhmət oxusun. Rahat ölüm istəyirəm. Gecə yatım, səhər gəlsinlər ki, yoxam. Xəstə olub, kiməsə əziyyət vermək istəmirəm". Lent.az-ın məlumatına görə, bu sözləri ANS-in "Yoldaş Rövşanə ilə" verilişinə qonaq olan xalq artisti İlhamə Quliyeva deyib. O, bu sənətdə onunla yola getməyən ifaçılara səslənib: "Əgər padşahın arxasınca danışmadılarsa, o nə padşahdır. O yoxdu, deməli. Varam ki, danışırlar. Arenadayam. Mən təqaüdə çıxsaydım və məni "naftalin" iyi örtsəydi, heç kim məni yada salmazdı. Məni həzm edə bilməməklərinin səbəbi ayaq üstə olmağımdır".

 

İ. Quliyeva gözəlliyindən də danışıb: "Hər yaşda gözələm. Yaşdan danışanların valideyinəri də yaşlıdır. Onda qoy aparıb onları diri-diri basdırsınlar. Guya ki, bunların qırxı çıxmayıb, bələyəsən qucağına alasan. Özlərini botoks etdirirlər, ağızları çənələrinə sallanır. Mənim yaşım 65-dir. Mən hər doğum günümdə heç fikir etmirəm ki, yaşım çoxaldı".

 

Xalq artisti Rusiyada təhsil alması xəbərindən də danışaraq bildirib ki, Rusiyanın bir ali ocağında hüquq fakültəsində 3-cü kurs tələbəsidir. 

 

mənbə :
lent.az

İlhame Quliyeva: "Ölenden sonra hamı mene rehmet oxusun" – VİDEO