İçeriğe geçmek için "Enter"a basın

Sağlamlıq imkanları məhdud 30 uşaq Türkiyəyə göndərildi

19-10-2015


19.10.2015 / 10:15 xeber –

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfəri valideynlərdən birinin müşayiəti ilə Türkiyəyə bərpa müalicəsinə göndərib. 

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, uşaqların və valideynlərinin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bu istiqamətdə nazirlik tərəfindən həyata keçirilən tədbirlərin yüksələn xətlə davam etdirildiyini vurğulayıb:”Əgər ötən il 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilmişdisə, yalnız bu ilin ötən dövründə onların sayı 52,1 faiz artaraq 245 nəfərə çatıb ki, bu da ölkəmizdə bütün sosial proqramlar kimi, əlilliyi olan şəxslərlə bağlı proqramların da uğurla davam etdirildiyini göstərir”.

Uşaqlar Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdiriləcəklər. Göndərilən şəxslərlə yanaşı, nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunacaq.

 

mənbə :
lent.az

Sağlamlıq imkanları mehdud 30 uşaq Türkiyeye gönderildi