İçeriğe geçmek için "Enter"a basın

Taekvondoçumuz bürünc medal qazandı

19-10-2015

10:03 xeber – Taekvondoçumuz Patimat Abokarova İngiltərənin Mançester şəhərində Dünya Qran-pri turnirinin üçüncü mərhələsini bürünc medalla başa vurub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə təmsilçimiz ilk döyüşündə kiprli Kirlaki Koutouki ilə üz-üzə gəlib və Abokarova rəqibini 10:3 hesabı ilə məğlub edib. İkinci görüşündə dayanq ustamız Braziliya təmsilçisi İris Tang Singi 7:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Burada isə Avropa Oyunlarının bürünc mükafatçısı Abokarova rusiyalı Svetlana İgumenovaya 8:4 hesabı ilə qalib gələrək adının 1/2 final mərhələsinə yazdırıb və medalı təmin edib. 1/2 finalda tailandlı Çanatip Sonkama 3:10 hesabı ilə məğlub olan taekvondoçumuz Dünya Qran-prisinin bürünc medalını qazanıb.


Patimat Abokarova təltif etmə mərasimində (sağdan birinci)

Digər təmsilçilərimizə gəlincə Dünya çempionu Radik İsayev (+80kq) turnirə 2-ci dövrədən qatılıb. Birinci döyüşündə İsayev ABŞ təmsilçisi Stefan Lambdinə 1:0 hesabı ilə qalib gəlsədə, 1/4 finalda iranlı Omid Amidiyə 7:14 hesabı ilə məğlub olub.

Ayxan Tağızadə (68 kq) ilk döyüşündə qalib gəlsə də ikinci döyüşündə belçikalı Jauadu Açabuya 6:7 hesabı ilə məğlub olub.
Zəriflərimizdən isə Fəridə Əzizova (67 kq) start döyüşündə almaniyalı Rabiyu Gülekə qalib gəlsə də ikinci döyüşündə Xye-Ri Oxa 3:12 hesabı ilə məğlub olub.

Patimat Abokarovanın 1/2 finalda tailandlı Çanatip Sonkamla döyüşü (24:43-38:00)

mənbə :
anspress

Taekvondoçumuz bürünc medal qazandı