İçeriğe geçmek için "Enter"a basın

NATO hərbi təlimlərə başlayır

19-10-2015

04:35 xeber – Bu gündən başlayaraq NATO Aralıq dənizində irimiqyaslı hərbi təlimlər keçirəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təlimdə NATO və müttəfiq ölkələrin qoşun hissələri iştirak edəcək. Bu təlimlər Rusiya Suriyada hərbi əməliyyatlara başlamazdan əvvəl planlaşdırılmışdı. Təlimlərdə 36 min hərbi qulluqçunun, 230 min ədəd zirehli texnika, 140 təyyarə və 60 gəminin iştirak edəcəyi gözlənilir.

Ötən həftə etdiyi çıxışnda NATO baş katibi Yans Stoltenberq Rusiya tərəfindən Suriya prezidenti Bəşər Əsədə göstərilən yardımın bu ölkədə böhranın uzanmasına səbəb olduğunu qeyd etmişdi. NATO baş katibi Rusiyanı İD qruplaşması ilə mübarizədə daha konstruktiv rol oynamağa çağırmışdı.


Yans Stoltenberq

ABŞ, Britaniya və digər NATO ölkələri Suriya ərazisinə Rusiya tərəfindən endirilən zərbələrin yalnız cüzi hissəsinin İŞİD terror qruplaşmasının mövgeyinə dəydiyini, qalanlarının isə Bəşər Əsədə qarşı döyüşən mötədil müxalifət qüvvələrinin mövgelərinə vurulduğunu iddia edirlər.
Rusiya bütün bu ittihamları rədd edir.

mənbə :
anspress

NATO herbi telimlere başlayır