İçeriğe geçmek için "Enter"a basın

İran meydan oxudu: “Onun bir əmriylə...”

19-10-2015

03:01 xeber – Bir neçə gün əvvəl yerin 500 metr dərinliyində olan tunel hərbi bazalarını dövlət telekanalı vasitəsilə nümayiş etdirən rəsmi Tehran bütün dünyaya meydan oxudu. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hərbi bazalar barədə telekanal məlumat verən general Əmir Əli Hacızadə hər şeyin Xanmmeyinin bir əmrinə baxdığını deyib: “Burda gördüyünüz raketlər Ayətullah Əli Xamneyinin bir əmri ilə bazadan istənilən hədəfi vurmaq üçün atəşlənməyə hazır gözləyir.” – deyə general Hacızadə bildirib.


Yerin 500 metr dərinliyində olan hərbi baza

General Əmir Əli Hacızadə İranı hədələyənlərə iki dəfə fikirləşmələrini məsləhət görüb: “İanı, “Hərbi variantlar həmişə stolumuzun üstündədir” sözləri ilə hədələyənlər, ölkəmizin “Stoıun altında olan variantlarını” unutmasınlar. İranın bilinən hərbi potensialı aysberqin sadəcə görünən tərəfidir.” – deyə general əlavə edib.

İran iqilabı keşikçiləri korpusu ötən həftə ilk dəfə yerin 500 metr altında olan hərbi bazanın qapısını dövlət telekanalının üzünə açaraq öz hərbi gücünü dünya ictimaiyyətinə nümayiş etdirmişdi. Hərbi bazanın harda yerləşməsi barədə isə məlumat verilməmişdi.

İranın Ali İnqilab Şurası oktyabrın 14-də Tehranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişininin həyata keçirilməsini təsdiqləyib. Bundan bir gün öncə sazişi ölkə parlamenti də təsdiqləmişdi. Amma qanuna görə, dünya ölkələri İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı vədi yerinə yetirməsə Tehran sazişdən imtina edə bilər. İranla 6 aparıcı dünya ölkələri arasında nüvə sazişi bu ilin iyulunda imzalanıb. İranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edib. Sənəddə Tehranın nüvə fəaliyyətini dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.


Nüvə müzakirələrini aparan altılıq ölkələrinin nümayəndələri

İran ilə “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında cari il iyulun 14-də İranın nüvə proqramının dayandırılması haqqında saziş imzalanıb. Sazişə əsasən nüvə proqramının dayandırılması müqabilində İrana qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar aradan qaldırılacaq. Siyasi və hərbi məsələlərə dair qərar qəbul etmək səlahiyyətlərinə malik olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası da sazişin reallaşmasına etiraz etməyib.

mənbə :
anspress

İran meydan oxudu: “Onun bir emriyle…”