İçeriğe geçmek için "Enter"a basın

Türk futbolçuya Almaniyada hücum etdilər

18-10-2015

23:44 xeber – Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu “Hamburq”lu fanatların hücumuna məruz qalıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib. Leverkuzen “Bayer”inin heyətində Hamburqa səfər edən Hakana qarşı yerli azarkeşlər qəzəb nümayiş etdiriblər. 2014-cü ilə qədər “Hamburq”da oynayan Çalhanoğlu sonradan “Bayer”ə transfer olunub.


Hakan Çalhanoğlu Hamburqa da belə qarşılandı

Onun bu addımı satqınlıq kimi dəyərləndirən bir qrup azarkeş “Hamburq” – “Bayer” qarşılaşmasının 50-ci dəqiqəsində isinmə hərəkətləri edən Hakana doğru yad əşyalar atmağa, onu qarşı təhqiramiz şüarlar səsləndirməyrə başlayıblar. 74-cü dəqiqədə oyuna qoşulan türk futbolçu uğultu və fit səsləriylə qarşılanıb. Bu hal onun topa hər dəfə toxunduğu anda da davam edib.

Xatırladaq ki, bu qarşılaşmada hesab açılmayıb.

mənbə :
anspress

Türk futbolçuya Almaniyada hücum etdiler