18.10.2015 / 23:29 xeber –
Cəlilabad sakininin təsərrüfatından 5 min manat dəyərində oğurluq edilib
Cəlilabadda vətəndaşa məxsus quşçuluq təsərrüfatından ümumi dəyəri 5 min manatdan çox olan ev quşları oğurlanıb.
Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Göytəpə qəsəbəsində Quluyev Nəsirə məxsus fərdi təsərrüfatda baş verib. Oğurluğu həyata keçirən şəxslər xüsusi üsuldan istifadə ediblər. Belə ki, quşların saxlandığı dama daxil olan oğrular, ordakı pəncərə məftillərini xüsusi avadanlıqlıqlarla kəsib quşları ordan bir-bir bayıra çıxarıblar. Ev quşlarının səsinin eşidilməməsinə görə onların dimdikləri yapışqan kağızlarla (skoçla) bağlanıb.
Bankdan götürdüyü yüksək məbləğli kreditlə geniş təsərrüfat qurmağa çalışan Nəsir Quluyevin sözlərinə görə, bir gecədə onun həyətindən 50 hind toyuğu, 30 qaz, 25 ördək və 30-a yaxın toyuq oğurlanıb.
Hazırda polis cinayəti törədənlərin tapılması istiqamətində axtarışları davam etdirir.
mənbə :
lent.az