İçeriğe geçmek için "Enter"a basın

"Xəzər Lənkəran" qalib gəldi

18-10-2015

22:51 xeber – Bu gün Topaz Premyer Liqasının 8-ci turuna 2 oyunla yekun vurulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, turun son oyun günündə “Xəzər Lənkəran” AZAL-ı, “Sumqayıt” isə “İnter”i qəbul edib.

Lənkəranda keçirilməli olan qarşılaşmanın baş tutub-tutmayacağı son anda bəlli olub. Cənub şəhərinə ardıcıl 10 gün ərzində aramsız yağışın yağması matçın baş tutacağı arenanın ot örtüyündən də təsirsiz ötüşməyib. Qarşılaşma baş tutub və Yunis Hüseynovun rəhbərlik etdiyi cənublular AZAL-ı Bakıya əliboş göndərməyi bacarıb. Lənkəranlılar 3:1 hesabı ilə qələbə qazanıb.

Sumqayıtda baş tutacaq qarşılaşma isə qonaqlar favorit olsa da, “kimyaçılar”a Samir Abbasovun baş məşqçi təyin olunmasından sonra ilk oyunda xalları yarı bölüb.


“Xəzər Lənkəran” klubu

Topaz Premyer Liqası
8-ci tur
18 oktyabr (bazar)
18:00. “Xəzər Lənkəran” – AZAL 3:1
Qol: Kamran Abdullazadə (20, 90), Murad Səttarlı (30), Sadio Tounkara (65)
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə
Baş məşqçi: Yunis Hüseynov

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov , 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 5. Kamil Hüseynov, 50. Sənan Məmmədli, 28. Müşfiq Teymurov, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 22. Kənan Mirzəyev
Baş məşqçi: Tərlan Əhmədov

20:00. “Sumqayıt” – “İnter” 1:1
Qol: Pərdis (10), Kvekveskiri (36)
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad–Azad, 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 23. Tural Rzayev, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 22. Tofiq Mikayılov, 27. İsmayıl Babayev, 99. Əli Əlimərdanlı
Baş məşqçi: Samir Abasov

“İnter”: 96. Elşən Poladov (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev
Ehtiyat oyunçular: 91. Şahin Zəkiyev, 3. Xuan Fransisko, 9. Limam Seydi, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 30. Abbas Hüseynov, 77. Emilian Vila
Baş məşqçi: Zaur Svanadze

mənbə :
anspress

“Xezer Lenkeran” qalib geldi