İçeriğe geçmek için "Enter"a basın

"AVRO-2016": "pley-off"un püşkü atıldı

18-10-2015

21:48 xeber – “AVRO-2016″nın “pley-off” mərhələsinin püşkü atılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə,mərasim İsveçrənin Nyon şəhərində keçirilib.

“Pley-off”da seçmə mərhələdə 3-cü pilləni tutmuş 8 komanda (ən yaхşı üçüncü olan Türkiyə millisi Avropa çempionatına birbaşa vəsiqə qazanıb) üz-üzə gələcək. Püşk onları 4 cütlüyə bölüb. Cütlüklərin qalibi olacaq 4 komanda “AVRO-2016″ya vəsiqə əldə edəcək.


Püşk atma mərasimi

“Pley-off” mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabrda keçiriləcək.
“Pley-off”
Ukrayna – Sloveniya
İsveç – Danimarka
Norveç – Macarıstan
Bosniya və Hersoqovina – İrlandiya

Indiyədək “AVRO-2016″nın 20 iştirakçısının adına aydınlıq gəlib: Fransa (meydan sahibi), İslandiya, Çexiya, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Türkiyə.

mənbə :
anspress

“AVRO-2016”: “pley-off”un püşkü atıldı