İçeriğe geçmek için "Enter"a basın

Miqrantlar daha bir ölkəni ələ keçirdi

18-10-2015

20:48 xeber – Sloveniya qapılarını miqrantların üzünə açıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Macarıstan sərhədində artıq sənədlərin yoxlaması davam eidr. Polis təkbaşına miqrant axınına nəzarət etməkdə aciz olduğundan, baş nazir Miroslav Tserar qeydiyyat və toplama məntəqələrinə ordu əsgərlərinin göndərilməsini əmr edib.

Sloveniya höküməti Macarıstandan fərqli olaraq sərhədi məzlum miqrant və qaçqınların üzünə bağlamır, əksinə Almaniya və Avstriyanın miqrant qəbulundan imtina etməyəcəyi təqdirdə, sərhədin sona kimi açıq qalacağını bəyan edib. Xorvatiyadan miqrantlar ölkəyə xüsusi avtobus və qatarla gətirilir. Macarıstanın sərhədi bağlamasından sonra Sloveniyanın dəmiryolu vağzalına yüzlərlə miqrant gəlib. Miqrantlar qatarlardan düşən kimi, güclü polis nəzarəti altında avtobuslara mindirilib və qeydiyyat üçün müxtəlif düşərgələrə aparılıb.

Macarıstanın Xarici İşlər Nazirliyi, miqrantların axın etdiyi qonşu Xorvatiya ilə sərhədin bağlanmasından sonra, müvəqqəti olaraq Sloveniya ilə sərhəddə sənədlərin yoxlanılması prosesinə başlayıb. Lakin Xorvatiyadan fərqli olaraq, Macarıstan və Sloveniya Şengen zonasına daxildir və qaydalara görə, həmin ölkələrin sərhədlərin vətəndaşların sərbəst hərəkəti təmin olunmalıdır. Habelə Macarıstan hökümətinin rəsmisi Zoltan Kovaç, sərhəddəki yoxlamaların Şenqen Zonası qaydaları çərçivəsində olduğunu və qonşu dövlətlər – Xorvatiya və Sloveniyadan çıxan miqrantların ölkənin Rediç sərhəd məntəqəsi yaxınlığından keçməsilə əlaqədar tətbiq olunduğunu da açıqlayıb.

Bundan əvvəl rəsmi Budapeşt qalmaqallı fikir səsləndirərək, Avropanın xristian dəyərlərini, təhlükəsizliyini və çiçəklənməsini risk altına alan “müsəlman qeyri-leqalların” axınından qorumaq üçün bir növ tarixi məsuliyyət daşıdığını deyirdi. Miqrant axının öhdəsindən gəlmək üçün Macarıstan vahid Avropa sərhəd xidməti yaratmağı təklif etsə də, Avropa Birliyi bu təklifi rədd edib.

mənbə :
anspress

Miqrantlar daha bir ölkeni ele keçirdi