İçeriğe geçmek için "Enter"a basın

Bakıda ticarət mərkəzində OĞURLUQ

18-10-2015


18.10.2015 / 17:38 xeber –

Bakıda ticarət mərkəzinə oğurluq hadisəsi olub. Lent.az-ın məlumatına görə, polisə şikayət edən 1995-ci il təvəllüdlü Həsənli Heydər Rasim oğlu bildirib ki, Nigar Rəıfibəyli küçəsində yerləşən ticarət mərkəzindəki mağazaların birinin paltardəyişmə otağında İPhone markalı telefonu və pul kisəsi oğurlanıb. Şikayətçi kisənin içində bank və hava yolları şirkətinin kartlarının, eləcə də sürücülük vəsiqəsinin, 122 manat və 11 dollar pulun olmasını əlavə edib.

 

Müraciət əsasında araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda ticaret merkezinde OĞURLUQ