İçeriğe geçmek için "Enter"a basın

Gürcülərin Azərbaycanı itirmək qorxusu

18-10-2015

16:51 xeber – Gürcüstanda hökümət kanselyariyası qarşısında ““ Qazproma” yox!” adı altında etiraz aksiyası keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə aksiya iştirakçıları Gürcüstan rəhbərliyinin Rusiyanın “Qazprom” şirkəti ilə başladığı danışıqlarına etiraz etdiklərini bildiriblər.

Aksiyaya Gürcüstanda məşhur insanlar, siyasətçilər, “Milli Hərəkat” təşkilatının nümayəndələri istirak ediblər.
Aksiya iştirakçıları öz çıxışlarında ölkənin sabiq baş naziri Bidzina İvanişvilini Rusiyanın siyasi sifarişini yerinə yetirməkdə günahlandırıblar.

Ekspert Yelene Xoştarianın sözlərinə görə “Qazprom” Rusiya dövlətinin Avropaya və regiona qarşı təhlükəli silahıdır. Xoştaria aksiya iştirakçılarının mövgeyini 3 tezisdə açıqlayıb.

“Birincisi- qazın Rusiyadan idxalı Gürcüstanın bu ölkədən siaysi asılılığı deməkdir ki, bu da prinsipial olaraq yolverilməzdir; ikincisi – həmçinin bu danışıqların məxfi aparılması və prosesin şəffaf olmaması da yolverilməzdir. Biz bu haqda yalnız Rusiya KİV-dən öyrənirik, bu da o deməkdir ki Gürcüstan hakimiyyəti ölkənin xəbəri olmadan milli təhlükəsizlik məsələləri üzrə danışıqlar aparır. Üçüncüsü- biz ən vacib strateji partnyorumuz, Gürcüstanı stabil qazla təmin edən Azərbaycanla münasibətlərimizi pozuruq. Bu məsələlər bizim üçün prioritetdir.”


Yelene Xoştaria – Ekspert

Aksiyanın digər iştirakçısı Tamara Xizanişvili ümüd edir ki, dövlət kanselyariyası qarşısında keçirilən aksiya gürcü hökümətinin “Qazpromla” apardığı danışıqların qarşısını almaq üçün ilk addım olacaq.

“Bu gün danışıqların hansı mövzuda aparılmasından asılı olmayaraq “Qazprom”u Gürcüstana buraxmaq olmaz, biz bilirik ki, bu Rusiyanın silahıdır. Biz bunu 2006-cı ildə yaşamışıq və bu bir daha təkrarlanmamalıdır. Biz enerqetik müstəqillik əldə etdik. Azərbaycan bizim tərəfdaşımızdır və bu gün “Qazproma” heç bir ehtiyyac yoxdur.”


Tiflisdəki aksiya iştirakçılarının sinələrinə bərkitdikləri nişan

2006-cı ildə Gürcüstan bir sıra postsovet ölkələri kimi “Qazprom”un təklif etdiyi qazın qiymətinin qəfil qalxması ilə üzləşib. Bu gen Gürcüstanda ölkənin Rusiyadan energetik asılılığını azaltmağa imkan verən 2006-cı ilin qış enerji böhranını hamı xatırlayır. O zaman Şimali Qafqazda yüksəkgərginlikli elektrik nagili və iki qaz borusunda partlayış baş vermişdi.
Həmin vaxt Tiflis bu hadisələri Rusiya tərəfindən şantaj kimi qiymətləndirmişdi.

Gürcüstanın o zaman ki prezidenti Mixail Saakaşvili qaz idxalının dayandırılmasını Moskvanın Tiflisin qaz nəqliyyatı sistemini nəzarətə götürmək istəyi ilə əlaqələndirmişdi.

Gürcüstan və Rusiya arasında qaz danışıqları ötən ay Brusseldə bərpa olunub. Ölkənin energetika naziri Kaxa Kaladze Brüsseldə keçirilən son görüşdə müzakirə mövzusunun Rusiyadan Ermənistana göndərilən qazın həcminin artırılması olduğunu bildirib. Əsas məqsəd Şimal-Cənub qaz borusunun maksimal dərəcədə yüklənməsidir ki, bu da Gürcüstana daha böyük həcmdə qaz əldə etməyə imkan verəcək.


Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür. Nəql edilən qazın həcmi nə qədər çox olsa, Gürcüstan bir o qədər tanzit həcmindən artıq pul alacaq.

Gürcüstanın “Qazprom”la apardığı danışıqlar və Azərbaycanla tərəfdaşlığının pozulacağı haqda qəzən söz-söhbətlər fonunda oktyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfəri baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev və İrakli Qaribaşvili arasında iki tərəfli görüş baş tutub. Görüşdə ölkələrin münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlıq müzakirə olunub. Qaribaşvili Azərbaycanı tərk etdikdən sonra Prezident İlham Əliyevin Gürcüstana səfər edəcəyi elan edilib. İlham Əliyev noyabrın 6-da Gürcüstana gedəcək.


İrakli Qaribaşvili və İlham Əliyevin görüşü

mənbə :
anspress

Gürcülerin Azerbaycanı itirmek qorxusu