İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan qış vaxtına keçir

18-10-2015

16:15 xeber – Bu həftə sonu Azərbaycan ərazisində qış vaxtına keçiləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, keçid oktyabrın 25-dən 26-a keçən gecə olacaq. Həmin gün saat 5:00-da saatın əqrəbləri 1 saat geri çəkiləcək.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli “Azərbaycan ərazisində yay və qış vaxtına keçidlə bağlı” qərarına əsasən, hər il yay vaxtına keçmək üçün mart ayının sonuncu bazar günü saatın əqrəbləri 1 saat irəli, qış vaxtına keçmək üçün isə oktyabr ayının sonuncu bazar günü əqrəblər 1 saat geri çəkilir.


Ramiz Həsənov – AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Bu qərarın yerinə yetirilməsinə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Ölkə ərazisində qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur.

Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki ölkələr elektrik enerjisinin istifadəsini azaltdıqca atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

Avropa Birliyi ölkələri və Amerikanın əksər ştatları hər il bu üsuldan faydalanır. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

İldə iki dəfə saatların çəkilməsi iqtisadi cəhətdən faydalı olsa da, həkimlər bunun insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil.

İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejimlərini korrektə etsələr və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsalar, bu təsiri minimuma endirə bilərlər.

mənbə :
anspress

Azerbaycan qış vaxtına keçir