15:58 xeber – Suriyada hərbi əməliyyatlara son verilməsi tələbi ilə mitinq keçirilib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, “Solidarnost” hərəkatının təşkilatçılığıyla Moskvanın Suvorovski meydanında baş tutan anti-müharibə mitinqində 500-ə yaxın insan iştirak edirdi. Aksiyanın Moskva meriyasının rəsmi icazəsiylə keçirilməsinə baxmayaraq son anda polisin nümayişçilərdən “Suriya” yazılı plakatların yığışdırmalarını və Suriya kəliməsini işlətməmələrini tələb etməsi gərginliyə səbəb oldu.
Polisin xəbərdarlığlarına baxmayaraq “Suriya-ikinci Əfganıstan” yazılı plakatlar açan nümayişçilər çıxışlarında da “Suriya” sözünü işlətməkdən çəkinmədilər. Putin hökumətini Ukrayna savaşındakı uğursuzluğu ört basdır etmək və xalqın diqqətini ölkə daxili problemlərdən yayındırmaq məqsədiylə Suriyada yeni savaşa başlamaqla günahlandıran aksiya iştirakçıları, rəsmi Kremlin mübarizəsinin İŞİD-ə qarşı başladıldığı bəyanatlarının isə uydurma olduğunu dedilər.
Müxalifətçi Andrey Paitkovskinin düşüncəsinə görə, bu müharibə diktatorlar arasında həmrəylik məqsədi daşıyır:
“Biz İŞİD-lə savaşmırıq. Hər 50 bomardumandan sadəcə 1-2 dənəsi İŞİD-i, digərləri isə Suriya müxaliftini hədəf alır. Müxalifəti məhv etdikdən sonra dünyaya bunu deyəcəklər ki, “baxın Suriyada sadəcə iki qüvvə qalıb. İŞİD və Bəşər Əsəd”. Hansını dəstəkləyirsiz”?
Digər müxalifətç Denis Yudin isə Suriyada günahsız insanlara qarşı soyqırım işləndiyini və Bəşər Əsədin öz xalqını qırması azmış kimi onların da bu soyqırım cinayətinə qoşulduğunu vurğulayır;
“Üstəlik də bu cinayət bizim pulumuzla işlənir. Hesab edirəm ki, mənim ordum menim vətənimi və məni qorumalıdır. Çürümüş bir rejimi qorumaq üçün başqa ölkədə vuruşmamalıdı”.
Mitinqdə nümayişçilərdən ikisi “Putin qatildir” yazılı plakat açdığı üçün polis tərəfindən saxlanıldı.
Aksiyaya polis müdaxilə edib
Mitinq iştirakçılarının əlində olan plakat
mənbə :
anspress