İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda ticarət mərkəzində güclü yanğın

18-10-2015

13:09 xeber – Saatlı rayonunda ticarət mərkəzində güclü yanğın baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla verdiyi məlumata görə, yanğın rayonun mərkəzində yerləşən bazarda oktyabrın 18-nə keçən gecə qeydə alınıb.

Bildirilib ki, yanğın nəticəsində 15 sahibkara ciddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 11 min 694 kvadrat metr olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3 min 200 kvadrat metr sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-də söndürülüb.



Yanan bazar

Bundan əvvəl – dünən Ağcəbədidə geyim dükanında da yanğın olmuşdu. Ümumi sahəsi 600 kvadrat metr olan geyim satışı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 220 kvadrat metr sahədə yanmışdı.

Bu ilin əvvəlində isə Bakıdakı məşhur ticarət mərkəzlərindən birində – “Diqlas” ticarət mərkəzində də yanğın olmuşdu. Ticarət mərkəzinin adının yazıldığı iki hərfdə başlayan yanğın qısa müddət ərzində söndürülmüşdü.

mənbə :
anspress

Azerbaycanda ticaret merkezinde güclü yanğın