Saatlıda ticarət mərkəzində güclü yanğın olub.
Azadliq.az xəbər verir ki, ”Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidməti”ndən APA-ya verilən məlumata görə, gecə saat 2.00 radələrində Saatlı rayonunda yerləşən “Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
Ticarət mərkəzi 7 min kvadratmetr sahəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.