İçeriğe geçmek için "Enter"a basın

FHN kanalda batan şəxsin axtarışına başladı

18-10-2015


18.10.2015 / 12:37 xeber –

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kanalda batan şəxsin axtarışına başlayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, axtarışlara “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən başlanılıb. Belə ki, 17 oktyabr 2015-ci il tarixində Samur-Abşeron kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində vətəndaşın batması barədə məlumat daxil olub. Əlavə məlumat veriləcək.  

mənbə :
lent.az

FHN kanalda batan şexsin axtarışına başladı