İçeriğe geçmek için "Enter"a basın

Bakıda qalmaqallı lombardla bağlı daha bir ŞİKAYƏT

18-10-2015


18.10.2015 / 11:10 xeber –

Bakıda fəaliyyətini dayandırmış lombardla bağlı polisə daha bir müraciət daxil olub. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən 1988-ci il təvəllüdlü Məmmədov Elvin Ələsgər oğlu Qurban Abbasov küçəsi 36 ünvanında yerləşən lombarda 16 qram qızıl qoyub 150 manat götürdüyünü bildirib.

 

Şikayətçi qeyd edib ki, daha sonra pulu qaytarıb qızılı geri götürmək istəyib. Lakin lombard bağlandığından qızılı götürə bilməyib.

 

Qeyd edək ki, yuxarıda qeyd edilən lombardla bağlı son 1 ayda polisə 10-dan artıq şikayət daxil olub. Şikayətçilər lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məhəmməd qızından qızıllarını tələb edirlər.

mənbə :
lent.az

Bakıda qalmaqallı lombardla bağlı daha bir ŞİKAYƏT